.:::FuaDiK:::.
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Mezeli qanunlar

2 posters

Go down

Mezeli qanunlar Empty Mezeli qanunlar

Post  Prince Sun Oct 26, 2008 5:00 pm

Dünyada insanların əməl etdiyi bir çox mənasız qanunlar mövcuddur ki,məsələn
onlardan biri də İsveçrədədir.Beləki, Bu ölkədə , saat 22: 00 dan sonra unitaza su buraxmaq qadağandır.
* * *
Tailandda isə pul kağızlarını tapdalamaq olmaz .Çünki bu pulların üzərində ölkənin kralının şəkli təsvir olunub.Pulu tapdalayan hətta həbs həyatına məhkum olunur.
* * *
Sinqapurda yerə zibil atan 600 dollar cərimə olunur.Onu da qeyd edim ki,məhz bu ölkədə 12 il saqqız satışı qadağan olunmuşdu,səbəb isə xuliqanların saqqızı hara gəldi yapışdırmaları idi.2004-cü ildə bu qadağa götürülüb və ondan sonra saqqız yalnız apteklərdə satılmağa icazə verilir.
* * *
York şəhərində hələ də şotlandların öldürülməsinə icazə verilir, ama bir şərtlə ki,həmin şotlandın yanında yay və kaman olsun Smile)))
* * *
İngiltərədə isə yeni il bayramında şirin perajki ilə üzüm yemək qadağan olunub. Digər qanunlardan biri isə , bu ölkədə parlamentdə ölmək qadağan olunmuşdur.Amma hələ ki,belə bir hadisə baş verməmişdir Smile))
* * *
Biritiba şəhərciyinin meri də belə bir qanun vermişdir. Beləki, şəhər qəbirstanlığının dolduğunu görən mer, bu çıxılmaz vəziyyətdən çıxmaq üçün insanlara ölməyi qadagan etmişdir. Qanuna əsasən insanlar ölümdən qaçmaq üçün özlərinə yaxşı baxmalı,sağlamlıqlarını qorumağa borcludurlar.
* * *
Amerikanın Ohayo ştatında isə lak ayaqqabı geyinmək qadağan olunub,səbəb isə lak ayaqqabının işiltısı qadının alt paltarını əks etdirə bilər ))Məhz bu ştatda 5 dəqiqədən çox öpüşmək qadağandır ))))))
* * *
San Fransiskoda öz maşınını köhnə alt paltarı ilə yumaq olmaz və bir vannada 2 uşağı çimizdirmək qadağandır. Həmçinin bu şəhərdə gün ərzində 3 boşqabdan çox qab sındırmaq olmaz.
* * *
Mayamidə səsli siqnalı olmayan velosipedi sürmək qadağandır, baxmayaraq ki bu səsli siqnallardan istifadə etmək olmaz
* * *
Belarusiyada da belə mənasız qanunlardan verilir,beləki burada avtomaşın sahiblərinə apteçkada -dən az olmayan prezervativ saxlamaq qanunu verilib.Prezervtivlərin yoxluğu zamanı nəinki kişiləri,hətta qadınları və keşişləri belə cərimə ediblər . Amma xoşbəxtlikdən 2007-ci ildə artıq bu qanun götürülmüşdür .))))
* * *
Qəribə qanunlardan biri də Milandadı , beləki yas mərasimlərini və xəstəxana ziyarətini çıxmaqla , həmişə gülmək qanunu verilib.
* * *
Bir neçə il bundan qabaq isə Svazilenddə sevgipərəst kralın razılığı ilə qadınlara alt paltarı (tuman) geyinməyi qadağan edən qanun qəbul edilmşdir . Qanunu pozanı sərt, alçaldıcı cəza gözləyirdi ,beləki həmin alt paltari onlardan dərhal dartıb çıxarılmalı və xirda hissələrə cırılmalı idi. Amma qəribəsi də onda idi ki,alt paltarının bədəndə olub-olmamağını necə müəyyən etmək olardı , beləki 10 yaşından yuxarı svazilendlilərin yubkası dizdən yuxarı olmamalıydı.Belə bir qanun hətta Afrika ölkəsində də mövcuddur )))
* * *
Keçən əsrin 80-cı illərinin sonlarında Alabama ştatında şpilka ayaqqabı geyinmək qadağan olunmuşdur. Beləki ştatın qadın sakininin şpilka ayaqqabısının kanalizasiya reşotkasına ilişməsı və qadının ayağını əzməsı bu qanuna səbəb olmuşdur.
* * *
Vermontda qadın diş qoymamışdan qabaq ,bunun üçün ərindən icazə almalıdır mütləq.Hətta ərinin yazılı icazəsini almalıdır.Kentukkidə isə qadın ən sadə şeylər olan saçın kəsdirliməsi , şlyapanın fasonu kimi şeylərə görə də ərinin razılığın almalıdır.
* * *
Ohayo ştatında kişi portreti qarşısında paltarı soyunmaq qadağandır. Kentukkidə isə küçədə kupalnikdə gəzmək olmaz.
* * *
Əgər Aydaho ştatında hər hansı bir fermer həyat yoldaşına konfet bağışlamaq istəsə, onda o konfetlerin sayı nə az,nə çox 100 funt olmalıdır
* * *
Alabama ştatında kişilərə qadının yanında tüpürməyə icazə verilmir. Mobil şəhərində isə Bakıdan fərqli olaraq , gözəl qızın yanından maşınla keçəndə kişilərə signallamağa icazə verilmir.


Siz Azərbaycanda nəyi qadağan edərdiniz?
Prince
Prince

Number of posts : 20
Registration date : 2008-10-26

Back to top Go down

Mezeli qanunlar Empty Re: Mezeli qanunlar

Post  Fuadik Sun Oct 26, 2008 8:23 pm

maraqli idi Anar,teshekkurler!
Fuadik
Fuadik
Admin
Admin

Number of posts : 374
Location : BaKu
Job/hobbies : Aldigimiz her nefes bizi ölüme aparir!!
Registration date : 2008-03-08

http://fuadik.forumgrad.ru

Back to top Go down

Back to top

- Similar topics

 
Permissions in this forum:
You cannot reply to topics in this forum